Atletika haqqında xəbərlər burada!
--
LOGOLAR
 
ONLAYN KANALLAR




 
REKLAM YERI




    Kids Athletics

    Kids Athletics Seminarı

    Müasir dövrdə çox güclü Olimpiya həyəcanı yaşanır. Bu Olimpiya həyəcaninda təkcə idman növləri üzrə yarışlarda  deyil, eyni zamanda idman növləri bir-biriləri ilə həm baxımlılığına, həm kütləviliyinə və həm də əhatə dairəsinə görə mübarizə aparırlar. Bu baxımdan  Beynəlxalq  Atletika Federasiyaları Asossasiyası (İAAF)  Atletika idman növündə kütləviliyi artırmaq üçün , 2003 –cü ildə İAAF –nın Konqresində uşaq atletikasının inkişafına dair rəngarəng  "Kids Athletics” adlı layihə təqdim edildi və 2005 –ci ildən bu layihənin icrasına başlanıldı.

    "Kids Athletics” əsasən 6-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu layihədə əsas məqsəd uşaqlar idmanla məşğul olmalı , əylənməli , idmandan bezməməli və eyni zamanda inkişaf etməlidirlər.  Buna görədə "Kids Athletics” layihəsi əsasən mütəhərrik oyunlar və komanda yarışları əsasında tərtib olundu . Bu layihə atletika idman növünü 2 hissəyə-  profisional atletika və uşaq atletikasına böldü və çox qısa zamanda uşaqlar başda olmaqla hər kəs tərəfindən bəyənildi.

    Layihənin fəaliyyət göstərdiyi 2005-2 013-cü illər arasında 1.5 milyonluq insan kütləsini ətrafında cəmləşdirmiş, dünyanın 150 ölkəsində yayılmış və bu ölkələrdən 30-da , həmin ölkələrin Təhsil nazirlikləri və İAAF arasındakı bağlanan müqavilə əsasında   təhsil proqramının tərkibində orta məktəblərdə tədris olunur.

    "Kids Athletics " proqramının Azərbycanda tətbiqi 6-9 sentyabr  2012 ci ildə İAAF –ın  proekti çərçıvəsində Rusiya Federasiyasının paytaxti olan Moskva şəhərindəkeçirilmış " Kids Athletics” adlı Beynəlxalq seminardan sonra başlamışdır.Bu seminarda ölkəmizi 2 gənc məşqçi – Ceyhun Hüseynov və Aqil Paşayev təmsil etmişdilər.

             Bu seminarda " Kids Athletics” layihəsinin  mahiyyəti , onun uşaq atletikasında inkışafına kömək edən məqamlardan etraflı olaraq  bəhs edilmiş və federasiyalarda bu proqramın təbliği yolları göstərilmişdir.Seminarın sonunda hər bir iştirakçıdan , öz ölkəsində bu proqramın təbliğinə dair bir layihə təqdim etmək  tələb olunurdu. Həmyerlilərimiz bu tələbə uyğun olaraq " Kids Athletics Azerbaijan” adlı layihəni hazirlayaraq uğurla təqdim ediblər.  Bunun müqabilində, bu layihənin gerçəkləşməsini reallaşdırmaq üçün  İAAF  Azərbaycan Atletika Fedeasiyasına , xüsusi olaraq uşaq atletikası üçün nəzərdə tutulan 5 böyük çantada avadanlıq hədiyyə ediblər.

             Məşqçilərimiz vətənə döndükdən dərhal sonra 13 oktyabr 2012 – ci ildə , AAF –nin dəstəyi ilə bu layihənin icrasına başlamışlar. İlk olaraq 4 regiondan (Sumqayıt, Astara, Xaçmaz və Qusar) və Bakı şəhərinin müxtəlif orta məktəblərində işləyən gənc Fiziki tərbiyə müəllimlərindən ibarət 21 nəfərlik qrup yığaraq Milli Olimpiya Komitəsinin akt zalında 1 günlük seminar keçmişlər. Seminarın proqramı çox zəngin olub , nəzəri hissədə "Kids Athletics” – proqramına  aid prezentasiyalar , melumatlar və videolar təqdim edilib. Respublika Olimpiya Mərkəzində keçirilən  praktiki hissəsində isə "Kids Athletics” proqramında uşaqlar üçün nəzərdə tutulan oyunlarla əyani tanışlıq, yarışa hazirlıq və "Kids Athletics " yarışı yer alırdı. Seminarın sonunda yenidən MOK –nin akt zalına yığılmış iştirakçılara , keçirilmiş yarışın analizindən , gələcək planlardan danışılmış və AAF-nın Sertifikatları təqdim olunmuşdur.

             11 noyabr 2012 –ci ildə Gənclər və İdman Nazirliyi , Milli Olimpiya Komitəsi , Azərbaycan Atletika Federasıyası ,” İnkişaf Naminə İdman” təşkilatı və  "Kids Athletics- Azerbaijan” –nın dəstəyi ilə II "Kids Athletics –Azərbaycanda” adlı seminar keçirilmişdir. Bu seminar Emil Qaybalıyev və Vəli Musayevin təqdimatı əsasında keçirilmişdir. Seminarda Bakı şəhərinin müxtəlif orta məktəblərindən və bölgələrindən olan 20 nəfər Fiziki Tərbiyə müəllimləri iştirak etmişdir. Seminarın sonunda proqrama uyğun olaraq praktiki hissədə 36 şagirdin iştirakı ilə uşaq yarışı keçirilmiş və seminar iştirakçıları sertifikatlar təqdim olunmuşdur.

             02 dekabr 2012 –ci ildə  Respublika Olimpiya Mərkəzində 15  yaşa qədər (U15) "Kids Athletics” yarışı keçirilmişdir. Bu yarışda  48 nəfər idmaçı iştirak etmiş və hər bir iştirakçı həvəsləndirici diplomlarla mükafatlandırılmışdır.

             "Kids Athletics Azerbaijan” layihəsində kütləviliyi dahada artırmaq üçün  Milli Olimpiya Komitəsi ,Azərbaycan Atletika Federasıyası , "İnkişaf Naminə İdman” təşkilatı, "Coca-Cola” və "Kids Athletics Azerbaijan” birlikdə , paytaxtımızın ən populyar ticarət mərkəzi olan "Park Bulvar” da əyləncəli idman tədbiri təşkil etdilər və burda iştirak edənlərin kütləviliyini nəzərə alsaq , tədbirin çox uğurla keçdiyini deyə bilərik.

             Qısa bir zamanda layihəyə olan maragı nəzərə alaraq ,  Gənclər və İdman Nazirliyi , Milli Olimpiya Komitəsi , Azərbaycan Atletika Federasıyası  və "Kids Athletics- Azerbaijan” –nın dəstəyi ilə 19 yanvar 2013-cü ildə  Bakı şəhərinin Orta Ümumtəhsil məktəblərinin iştirakı ilə

    "Kids Athletics üzrə Bakı birinciliyi " yarışı keçirilmişdir. Bu yarış 6 müxtəlif Orta Ümumtəhsil məktəblərinin (23 ,27 , 46, 210 , 254 və 312 saylı ) və umumilikdə 48 (hər komandada 8 şagird olmaqla) şagirdin iştirakı ilə uğurla baş tutdu. Sonda bütün iştirakçılar Diplomlarlar mükafatlandırildılar.

             "Kids Athletics Azerbaijan” layihəsinin qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq,  bu layihəyə maraq çox böyükdür. Buna sübüt olaraq bu seminarların bölgələrdə keçirilməsi təklifləridir.

    İDMANÇILAR
     
    2016 OLİMPİYA