Atletika haqqında xəbərlər burada!
--
LOGOLAR
 
ONLAYN KANALLAR




 
REKLAM YERI




                                   Azərbaycanda Atletikanın tarixi

     


    Azərbaycan Atletika Federasiyası (AAF) 1923-ci ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Beynəlxalq Atletika Federasiyaları Assosiyasiyası (İAAF) və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Atletika Federasiyaları Assosiyasiyasının (İAAF) konqresində Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir.

    Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. Növbəti illərdə Azərbaycanda atletika daha da, inkişaf etməyə başlamışdır.

    Belə ki, Azərbaycanda atletikanın inkişafında SSRİ-nin Əməkdar məşqçisi Əfqan Səfərovun ən böyük xidmətləri olmuşdur.

    1993-cü ildən etibarən AAF atletika idmanının idarə olunmasında müstəqil orqan kimi fəaliyyətə başlamışdır. AAF birinci prezidenti Səməd Salehov seçilmişdir. 1994-cü ildən Elxan Ağayev AAF rəhbərlik etmişdir. 1996-cı ildən etibarən bu günə qədər Çingiz Hüseynzadə AAF prezidentidir.

    Y.Konovalov estafet qaçışında iki dəfə Olimpiya Oyunlarının gümüş (1956, Melburn; 1960, Roma) medalını qazanmış, Aleksandr Kornelyuk Avropa çempionatının (1971, Finlandiya) və Münhen Olimpiya Oyunlarının gümüş (1972) medallarının sahibi olmuşdur.

    1979-cu ildə Avstriyada (Vena) keçirilən qış Avropa çempionatında Vladimir Tsepelev I yerə layiq görülmüşdür. 1981-ci ildə V.Sereda Avropa çempionatında (Zaqreb) qızıl medal əldə etmişdir.

    Qalina Qaneker, İsay Papkov, Stanislav Nenaşev, Xandadaş Mədətov, Yuri Konovalov, Ziba Ələsgərova, Valeri Sereda, Nina Brıntseva SSRİ, Avropa, və dünya rekordları müəyyən etmişdilər.

    V. Tsepelev uzunluğa tullanma növündə Tbilisi şəhərində keçirilən Ümumittifaq yarışlarda 8,03 nəticə göstərmiş və Azərbaycan rekordu müəyyənləşmişdir.

    1980-90-cı illərdə Azərbaycan atletləri SSRİ və beynəlxalq yarışların qalibləri və mükafatçıları olmuşdurlar. Vasif Əsədov üç təkanla tullanmada üç qat SSRİ (1983, 1984, 1988) çempionu adına layiq görülmüş, Avropa çempionatının bürünc (1988) medalını qazanmışdır.

    1993-cü ildən Azərbaycan atletləri müstəqil olaraq respublikamızı dünya və Asiya çempionatlarında təmsil etməyə başlamışlar. İlk qələbələr artıq həmin ildə Tehran şəhərində keçirilən İslam Oyunlarında Elvira Cabbarova 60m məsafədə qalib gəlmiş və Azərbaycan rekordu müəyyənləşdirmişdir.

    1993-cü ildə Aleksey Fatyanov Filipində (Manila) keçirilən Asiya çempionatında üç təkanla tullanma növündə qızıl medal əldə etmişdir.

    2006-cı ildə Azərbaycanın gənc atleti Ramil Quliyevin uğurları başlamışdır və o, Yeniyetmələrin İdman Festivalında (Rusiya, Moskva) I yer qazanmışdır. 2007-ci ildə Avropa Olimpiya Festivalı – I yer, yeniyetmələr arasında dünya birinciliyi – II yer və Türkiyənin Trabzon şəhərində I Qara dəniz oyunlarında I yer əldə etmişdir. Həmin Oyunlarda Azərbaycan idmançıları 4 qızıl, 1 bürünc medal qazanmışlar. 2008-ci ildə 18 yaşlı R.Quliyev Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Həmin ildə XIII Paralimpiya Oyunlarında (Çin, Pekin) Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmışlar. 2009-ci ildə R.Quliyev komandalar arasında Avropa çempionatında I yer, Tələbələrin Ümümdünya Universiadasında I yer (Avropa rekordu ilə), 20 yaşa qədər Avropa çempionatında, I və II yerlər əldə etmişdir.

    Həmin ildə komandalar arasında Avropa çempionatında digər Azərbaycan atletləri, Teymur Abbasov – I yer, Layeş Abdullayeva – I və II yerlər, Hayle İbrahimov – I yer, Telahun Əliyev – II yer, estafet komandası (4x100m – I yer, 4x400m - III yer) qazanmışlar. Gənclər arasında Avropa çempionatında, H.İbrahimov – ikiqat çempion olmuş, L.Abdullayeva – II yerə layiq görülmüşdür. 2010-cu ildə komandalar arasında Avropa çempionatında Azərbaycan atletləri, L.Abdullayeva – I və II yerlər, H.İbrahimov – I və II yerlər, Dmitri Marşin – I yerə layiq görülmüşdülər. Həmin ildə L.Abdullayeva, gənclər arasında dünya çempionatında (Kanada-Edmonton) – III yerə layiq görtülmüşdür. H.İbrahimov böyüklər arasında Avropa çempionatının (Barselona) bürünc medalını qazanmışdır.


     

    İDMANÇILAR
     
    2016 OLİMPİYA