Dopinqlə mübarizə
Dopinqlə mübarizə
Hələ 1928-ci ildə Amsterdam Konqresində Antidopinq Qaydaları təsdiq edilmişdir. Dopinq Nəzarəti indi bütün əsas yarışlarda tətbiq edilir. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (BAFA) Beynəlxalq Olimpiya Komitəsi və 1989-cu ildə dopinqə qarşı birgə bəyannamə imzaladıqları digər Olimpiya Federasiyaları ilə birlikdə işləyir. Elə həmin il yarışdan kənar və məqsədli yoxlamalar başlandı.O vaxtdan etibarənbu, milli və beynəlxalq səviyyədəBAFA proqramının daimi xüsusiyyətinə çevrildi.
1995-ci ildən başlayaraq BAFA dopinq əleyhinə fəaliyyətlərin qlobal səviyyədə uyğunlaşdırılması üzrə kampaniyanın önündə dayanmışdı. Bu kampaniya, nəhayət, 2003-cü ildəÜmumdünya Antidopinq Məcəlləsinin yaranması ilə nəticələndi. Həmin il Parisdə keçirilən Konqresdə BAFAÜmumdünya Antidopinq Məcəlləsini idmanda dopinqə qarşı mübarizə üçün əsas kimi qəbul etdi. 1 mart 2004-cü ildən qüvvəyə minən yeni BAFA antidopinq qaydaları təqdim edildi. BAFA 2011-ci ilin noyabr ayında başlayan və 2013-cü ilin noyabr ayında başa çatacaq Məcəllənin yenidən baxılması prosesində fəal rol oynayır.
BAFA dünyada sertifikatlaşdırılmış laboratoriyaların siyahısının və yetmişinci illərdə qadağan edilmiş maddələrin siyahısının hazırlanmasında aparıcı rol oynayırdı. Sertifikatlaşdırılmış laboratoriyalar anlayışı sonradan BOK tərəfindən inkişaf etdirildi.Bu siyahı, o cümlədən qadağan edilmiş maddələrin siyahısı indi Ümumdünya Antidopinq Agentliyi (ÜAA) tərəfindən nəşr olunmuşdur. BAFA öz proqramlarını icra etməklə yanaşı, indi idmanda dopinqə qarşı mübarizənin effektivliyinin artırılması məqsədi ilə müntəzəm olaraq ÜAA və digər beynəlxalq antidopinq təşkilatı tərəfdaşları ilə birgə işləyir. BAFA böyük antidopinq proqramları həyata keçirir, o cümlədən təqribənillik 3500 yarış daxili və yarış xarici testlər keçirir, elmi tədqiqatlar aparır, informasiya və təhsil layihələri icra edir və bu sahədə aparıcı beynəlxalq idman federasiyası kimi tanınır.
Son illərdə BAFA Atletika sahəsində İdmançının Bioloji Pasportunun tətbiq edilməsi üçün ciddi səylər göstərmişdir. Bu anlayış qadağan edilən maddələrin istifadəsi, təsiri və zamanla idmançının bioloji əlamətlərində anormal dəyişikliklərin izlənilməsi metodlarını müəyyən etmək məqsədi daşıyır.
BAFA-nınəsas məqsədi, xüsusilə gənc idmançıları nəzərə alaraq, maarifləndirmə yolu ilə dopinqin qarşısının alınmasıdır. 2005-ci ildən təbliğat proqramları gənc və yeniyetmələrin tədbirlərindəxüsusi vurğulanmaqla, sistematik olaraq əsas yarışlarda tətbiq edilir. BAFAÜAA-nın dəstəyi ilə yeni və müasir maarifləndirməvasitələrinin hazırlanmasında üzərinə öhdəlik götürmüşdür.